НОВОСТИ
1310

2021.06.16

Quru onurğasızları laboratoriyasının əməkdaşları Zaqatala və Balakən rayonlarında ekspedisiyada olublar

AMEA Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru Natalya Sneqovaya, aparıcı elmi işçilər, biologiya elmləri üzrə fəlsəfə doktorları Gülər Hüseynzadə və İlhamə Kərimova 31 may-04 iyun tarixlərində Zaqatala və Balakən rayonlarında ekspedisiyada olublar.

Ekspedisiya dövründə Zaqatala rayonunun Kebeloba, Cicixana kəndləri, Zaqatala Dövlət Qoruğunun Beşbulaq adlanan ərazisi, Balakən rayonunu Geratab kəndi və Qabaqçöl qəsəbəsi ətrafı və çay kənarındakı çəmənliklər, meşə ətrafı sahələr, talalar müayinə edilərək entomoloji materiallar toplanıb. Alimlər mövzularına uyğun olaraq arıkimilər,  qızıl böcəklər və iynəcələr dəstəsinə aid növlərin yetkin fərd və sürfələrini toplayaraq tədqiq etmək üçün laboratoriyaya gətiriblər.