НОВОСТИ
1282

2021.06.16

Hidrobiologiya laboratoriyasının əməkdaşı Mingəçevir şəhərində ekspedisiyada olub

AMEA Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Könül Tapdıqova 07-13 iyun 2021-ci il tarixlərində Mingəçevir şəhərində ekspedisiyada olub. Ekspedisiya müddətində Mingəçevir və Varvara su anbarlarının sahil sularından və mərkəzi hissələrindəki bioloji stansiyalarından zooplankton nümunələri toplanıb. Bundan əlavə zooplanktonun qida zəncirində rolunu müəyyən etmək məqsədilə hər iki su anbarından balıq nümunələri (Xəzər külməsi, sıf, şəmayı, çəki və s.) toplanıb. Balıq nümunələri əldə olunduqdan dərhal sonra Mingəçevir Elmi Təcrübə Stansiyasında yarılaraq mədə möhtəviyyatına mikroskop və lupa vasitəsi ilə baxış keçirilib. Zooplankton nümunələrinin laborator şəraitdə analizi isə davam etdirilir.