2021.06.08
Quru onurğasızları laboratoriyasının əməkdaşları Lənkəran və Yardımlı rayonlarında ekpedisiyada olublar
Quru onurğasızları laboratoriyasının əməkdaşları, b.e.d, baş elmi işçi Natalya Sneqovaya və b.f.d, aparıcı elmi işçi Gülər Hüseynzadə və İlhamə Kərimova 17-24 may tarixində Lənkəran və Yardımlı rayonlarında ekspedisiyada olublar.
Ekspedisiya müddətində Lənkəran rayonunun Daştatük kəndi, Azfilial, APO ərazilərindən Iynəcələr (Odonata): Calopteryx splendens orientalis (Selys, 1887), Ischnura elegans (Vander Linden, 1820), Platycnemis dealbata Selys in Selys and Hagen, 1850, Anaciaeschna isosceles (Müller, 1764), Anax imperator Leach, 1815, Gomphus sp.; Libellula depressa Linnaeus, 1758, Orthetrum brunneum (Fonscolombe, 1837), Torqanadlılar (Neuroptera) – Myrmeleontidae; Megistopus flavicornis (Rossi, 1790) və digər materiallar toplanılıb.
Yardımlı rayonunun Çayüzü, Deman, Arvana, Daşkənd kəndlərindən isə Odonata: Epallage fatime Charpentier, 1840, Ischnura elegans (Vander Linden, 1820), Coenagrion sp.; Anax imperator Leach, 1815, Libellula depressa Linnaeus, 1758; Orthoptera - Bradyporus latipes, (Stål, 1875), Opiliones: Phalangium sp., Rilaena talyshica Snegovaya, 2007; R.lenkoranica Snegovaya, 2007, Zygaenidae: Zygaena sp.; Procris sp, Buprestidae: Sphenoptera sculpticollis Heyden, 1886; Sphenoptera simplex Jakovlev, 1893, Sphenoptera tamaricshi bekeri Dohrn, 1866;
Meliboeus robustus Küster, 1852, Cerambycidae: Morimus verecundus (Falderman, 1836), Cerambyx (Microcerambyx) scopoli Fuessly, 1775, Callimoxys gracilis (Brullé, 1833), Stictoleptura tonsa (K. Daniel & J. Daniel, 1891); Agapanthia dahli (Richter, 1821); Agapanthia kirbyi (Gyllenhal, 1817); Phytoecia caerulescens (Scopoli, 1763); Phytoecia puncticollis Faldermann, 1837; Dorcadion (Cribridorcadion) scopolii (Herbst, 1784); Phytoecia (Helladia) pretiosa pretiosa Faldermann, 1837, Torqanadlılardan (Neuroptera) qarışqa aslanları (Myrmeleontidae) sürfələri həm spirtə, həm də canlı olaraq əldə olunub.
Bundan başqa hər iki rayon ərazilsindən Trichoptera, Plecoptera, Dermaptera, Raphidioptera, Mecoptera dəstələrindən növlər də toplanılıb.
Qırmızı kitab növlərindən Yardımlı rayonunda Orthoptera - Bradyporus latipes, (Stål, 1875) çəyirtkəsi və Lənkəran rayonundan Cerambycidae - Morimus verecundus (Falderman, 1836) uzunbığ böcəyi qeydə alınıb.