НОВОСТИ
1482

2021.03.15

Zoologiya İnstitutunda “Azərbaycanın faunası” - Milli İnformasiya Sisteminin yaradılması üzrə elmi-tədqiqat işləri davam etdirilir

Martın 15-də AMEA-nın Zoologiya İnstitutunda “Azərbaycanın faunası” - Milli İnformasiya Sisteminin yaradılması üzrə elmi-tədqiqat proqramına uyğun yerinə yetirilən işlərin müzakirəsinə həsr olunan onlayn iclas keçirilib. İclası giriş sözləri ilə açan institutun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov proqramın Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 14 noyabr 2018-ci  il tarixli qərarına əsasən yerinə yetirildiyini qeyd edib. O, əməkdaşlar tərəfindən milli faunanın dəqiq inventarlaşdırılması və müasir sistematikaya uyğunlaşdırılmasının aktuallığından danışıb. Sonra zooloq alimlərin uzun illər boyu göstərdikləri elmi fəaliyyət nəticəsində əldə etdikləri elmi və yüksək illüstrativ materiallardan istifadə etməklə işləyib hazırladıqları məlumatlar ətrafında geniş müzakirələr aparılıb, təkliflər dinlənilib. Məruzəçi çıxışında çatışmayan materialların qısa müddət ərzində işlənərək məlumatların ümumiləşdirilməsinin əsas prioritetlərimizdən biri olduğunu vurğulayıb.

İclasda həmçinin, digər elmi-təşkilati istiqamətlər də müzakirə olunub.