НОВОСТИ
1346

2021.03.10

Zoologiya İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib

10 mart 2021-ci il tarixində AMEA Zoologiya İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib. Zoom platforması üzərindən onlayn formatda təşkil olunan iclası giriş sözləri ilə açan institutun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov gündəlikdə duran məsələlərlə şura üzvlərini yaxından tanış edib. İlk olaraq biologiya elmləri doktoru, professor Şaiq İbrahimov və biologiya elmləri doktoru, dosent Mahir Hüseynovun 70 illik yubileyi qeyd olunub. Alimlər institutda uzun illər səmərəli elmi fəaliyyətlərinə görə Fəxri fərmanlarla təltif olunublar.

Gündəlikdə duran digər məsələlər - magistr Nigar Vəliyevanın attestasiyasının nəticələri, 2021-2023-сi illər üçün elmi tədqiqat işlərinin plan-proqramı və 2021-ci ildə yerinə yetiriləcək fərdi iş planları, əməkdaşların məqalələrinin çapa təqdim edilməsi və digər təşkilati məsələlərə baxılıb, müəyyən qərarlar qəbul olunub.