НОВОСТИ
1514

2021.03.05

Zoologiya İnstitutunda “Beynəlxalq Qadınlar Gününə” həsr edilmiş tədbir keçirilib

Mar­tın 5-də AMEA Zoologiya İnstitutunda  “8 Mart - Bey­nəl­xalq Qa­dın­lar Gü­nü­” münasibətilə tədbir ke­çi­rilib.

Tədbiri institutun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov açaraq, bütün qadın əməkdaşları ürəkdən təbrik edib və günümüzdə Azərbaycan qadınının cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini vurğulayıb. “Qadınlar müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin  bü­tün sferalarında – istər elm sahəsində, istərsə də sosial-iqtisadi sahədə uğur­­lu fəa­liy­yət gös­tə­rir, cə­miy­yət qu­ru­cu­lu­ğu­na öz də­yər­li töh­fə­lə­ri­ni ve­rərək fəal iştirakçısına çevrilir.” – deyə Ələddin Eyvazov əlavə edib.

İnstitutun elmi işlər üzrə direktor müavini, b.e.d., dosent Elşad Əhmədov, ümumi işlər üzrə direktor müavini Kəmalə Rasimli, Tətbiqi Zoologiya Mərkəzinin müdiri, b.ü.f.d., dosent Barat Əhmədov, aparıcı elmi işçisi, b.ü.f.d., dosent Əbülfəz Tağıyev, aparıcı elmi işçisi, b.ü.f.d., dosent Reyhan İbrahimova və kiçik elmi işçisi Səliqə Qazi Azərbaycan qadınının bütün dövrlərdə gözəl örnəkləri olduğunu, öz müdrikliyi, işgüzarlığı ilə parlaq səhifələr yazdığını qeyd ediblər. Tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış Azərbaycan qadının yetişdirdiyi qəhrəman övladlar sayəsində bu gün qələbə sevinci yaşadığımız üçün onlara təşəkkür edilib.

Tədbirin sonunda institutun elmi-ictimai fəaliyyətində aktiv iştirak edən qadın əməkdaşlar “Fəxri Fərman”la təltif olunublar.  Elmi katib b.ü.f.d., dosent Sara Əliyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elyanə Tahirovaya isə AMEA-nın elmi və ictimai həyatında səmərəli fəaliyyətinə görə “Fəxri Fərman”lar təqdim edilib. Həmçinin, Həmkarlar Təşkilatı tərəfindən bütün qadın əməkdaşlara bayram hədiyyələri paylanılıb.