НОВОСТИ
1369

2021.03.01

Zoologiya İnstitutunda "Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə" mövzusunda tədbir keçirilib

Bu gün AMEA-nın Zoologiya İnstitutunda "1 Mart - Ümumdünya Mülki Müdafiə Günü"-nə həsr olunan tədbir keçirilib. Zoom platforması üzərindən onlayn formatda təşkil olunan iclası institutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, dosent Elşad Əhmədov açaraq sözü institutun texniki təhlükəsizlik üzrə mühəndisi Nurlan Məmmədova verib. "Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə" mövzusunda məruzə ilə çıxış edən Nurlan Məmmədov, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları, Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsi, Mülki Müdafiənin iqtisadiyyatın qorunmasında rolu haqqında ətraflı məlumat verib. O, həmçinin, iqtisadiyyata yönəlmiş mənfi amillərə aid olan sülh və müharibə dövründə baş verən fövqəladə hallar haqqında da danışıb. Məruzəçi Azərbaycan iqtisadiyyatında əhəmiyyətli rolu olan neftqazçıxarma sənayesi, kənd təsərüfatı, qida və digər sənaye sahələrinin davamlığınının təmin edilməsinin ölkə qarşısında qoyulmuş əsas prioritetlərdən olduğunu qeyd edib. O, həmçinin, keçən il başlayan hələ də davam etməkdə olan Koronavirus (COVID-19) pandemiyasının və Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda apardığı 44 günlük Vətən müharibəsinin də iqtisadiyyatımıza təsir edən fövqəladə hadisələrdən olduğunu vurğulayıb.