НОВОСТИ
1515

2021.02.11

Zoologiya İnstitutu əməkdaşları “Bitki sağlamlığı” adlı videokonfransda iştirak ediblər

AMEA Zoologiya İnstitutu əməkdaşları Quru onurğasızları laboratoriyasının böyük elmi işçisi İlhamə Kərimova və Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Gülnaz İsmayılova “Bitki sağlamlığı” adlı videokonfransda iştirak ediblər. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrindən ibarət işçi qrupun həyata keçirdiyi monitorinqin nəticələrinin müzakirəsi aparılan tədbirdə  AMEA-nın müxtəlif institutları, Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nümayəndələri də iştirak ediblər. Tədbiri giriş sözü ilə açan AQTA-nın sədr müşaviri Camal Quliyev əsas problem kimi karantin zərərvericisi olan qəhvəyi mərmər taxtabitnin (Halyomorpha halys (Stål,1855)) Abşeron ərazisində təkrar aşkarlanması və iynəyarpaqlı ağaclarda, xüsusən də leylandi sərvində (Leyland cypress) müşahidə olunan kütləvi quruma halları ilə bağlı təkliflərin verilməsi məsələsindən bəhs edib. Məruzəçi xüsusilə Bakı ətrafı və Abşeronda eldar şamı, adi şam, küknar, leylandi sərvində quruma barədə, qurumanın ehtimal olunan səbəbləri barədə məlumat verib, iynəyarpaqlı ağaclarda baş verən qurumanın əsas səbəbi kimi nematodlar və altervaria göbələyi, ikinci dərəcəli səbəblər kimi zərərvericilərin fəaliyyətini göstərib.

İclasın sonunda qeyd olunan məsələlərin həlli istiqamətində sonrakı görüşlərin keçirilməsi və yeni tərkibdən ibarət  içi qrupun yaradılması nəzərdə tutulub.