НОВОСТИ
1484

2021.01.14

Zoologiya İnstitutunda magistrantların qış imtahan sessiyası davam edir

Yanvarın 14-də AMEA Zoologiya Institutunun II kurs magistrantı Nigar Vəliyevanın qış imtahan sessiyasının növbəti imtahanı keçirilib. "Zoom" platforması üzərindən təşkil olunan imtahan "Teriologiya" fənni üzrə keçirilib.

İmtahan prosesində AMEA-nın Elm və Təhsil idarəsinin magistratura şöbəsinin müdir müavini Ramin Həsənov və institutun Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru İradə Nuriyeva da iştirak edib. Fənn müəllimi, biologiya üzrə fəlsəfə doktoru Gülbəniz  Qasımova imtahanın nəticəsini yüksək qiymətləndirib.