НОВОСТИ
1777

2021.01.06

Zoologiya İnstitutunda magistrantların qış imtahan sessiyasına başlanılıb

AMEA Zoologiya İnstitutunda 2020/2021-ci tədris ili üzrə qış imtahan sessiyasına başlanılıb.  "Onurğalılar zoologiyası" ixtisası üzrə təhsil alan II kurs magistrantı Vəliyeva Nigar Yolçu qızının qış imtahan sesiyasının ilk imtahanı keçirilib. "Zoom" platforması üzərindən təşkil olunan imtahan "Ornitologiya" fənni üzrə keçirilib. İmtahanın gedişi fənni tədris edən müəllim, biologiya üzrə fəlsəfə doktoru Əbülfəz Tağıyev, Təhsil şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru İradə Nuriyeva və baş mütəxəssis Venera Məmmədova tərəfindən izlənilib və magistrantın nəticəsi yüksək balla qiymətləndirilib.