НОВОСТИ
1820

2020.12.28

Zoologiya İnstitutunun əməkdaşı “Cəsur döyüşçü” və “Cəbrayılın azad olunmasına görə” medallarla təltif edilib

Azərbaycan Ordusunun Ali Baş Komandanı, cənab İlham Əliyevin 18 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçuları “Cəsur döyüşçü” medalı ilə təltif edilib. AMEA Zoologiya İnstitutunun əməkdaşı Şəfiyev Kamran Ehsan oğlu da təltif olunanlar sırasındadır. Daha sonra Prezident İlham Əliyev dekabrın 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında  sərəncam imzalayıb ki, əməkdaşımız Kamran Şəfiyev bu medala da layiq görülüb. Həqiqi hərbi xidmətdə olan vətənpərvər, cəsur və mübariz Vətən oğlu Kamran rəhbərliyin verdiyi bütün döyüş əməliyyatlarını yüksək peşəkarlıqla yerinə yetirmiş, şücaəti, igidliyi və dönməzliyi nəticəsində Qubadlı istiqamətində gedən döyüşlərdə  yaralanmışdır, hal-hazırda vəziyyəti yaxşıdır. Qeyd edək ki, II Qarabağ Müharibəsində iştirak edən institutumuzun digər əməkdaşları Tanrıverdiyev Gündüz Mübariz oğlu və Abdullayev Ehtiram Vəkalət oğlu da Vətən uğrunda gedən döyüşlərdə sücayətlə vuruşmuş, torpaqlarımızın azadlığı uğrunda gedən bu çətin lakin şərəfli yolda əllərindən gələni əsirgəməmişlər.

Lakin qürur hissi ilə deyə bilərik ki, Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti və müzəffər ordumuzun gücü nəticəsində Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə 27 illik həsrət bitdi, Vətən Müharibəsi nəticəsində şəhid və qazi olan Vətən oğullarının qanı yerdə qalmadı, ərazi bütövlüyü bərpa edildi, mənfur düşmən kapitulyasiya uğradıldı. Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması yolunda canından, qanından keçən bütün şəhidlərə Allahdan rəhmət, qazilərə isə şəfa diləyirik.

Qarabağ Bizimdir! Qarabağ Azərbaycandır!