2020.12.28
Zoologiya İnstitutu Elmi şurasının cari il üçün son iclası keçirilib
28 dekabr 2020-ci il tarixində AMEA Zoologiya İnstitutu Elmi şurasının cari il üçün son iclası keçirilib. "Zoom" platforması üzərindən təşkil olunan iclası giriş sözü ilə açan institutun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov əməkdaşları salamladıqdan sonra gündəlikdə duran məsələlər barədə şura üzvlərini məlumatlandırıb.
Sonra 2021-2025-ci illər üçün elmi tədqiqat işlərinin planı geniş müzakirə olunub, təkliflər dinlənilib. Qeyd edək ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın 30 ilə yaxın müddət ərzində işğal altında qalması bu ərazilərdə digər sahələr kimi faunasının da elmi tədqiqatlardan kənarda qalmasına səbəb olub. Plana əsasən növbəti beş il ərzində işğaldan azad edilmiş ərazilərdə faunanın kompleks tədqiqi, eyni zamanda dövlət proqlamlarının icrası ilə əlaqədar tapşırılmış digər elmi tədqiqat işləri də nəzərə alınıb.
Sonda institutun 2021-2025-ci illər üçün elmi tədqiqat işlərinin planının təsdiq olunması üçün Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurası qarşısında vəsatət qaldırılıb.