НОВОСТИ
1653

2020.12.15

Zoologiya İnstitutunda növbəti onlayn elmi seminar keçirilib

Bu gün AMEA Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Könül Tapdıqova “Varvara su anbarının zooplanktonu”  mövzusu üzrə elmi seminarda çıxış edib.

"Zoom" platforması üzərindən virtual formatda təşkil olunan iclası giriş sözü ilə açan institutun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov əməkdaşları salamladıqdan sonra söz məruzə ilə çıxış edəcək tədqiqatçı Könül Tapdıqovaya verilib. O, 2019-2020-ci illərdə Yevlax rayonunun ərazisində yerləşən Varvara su anbarında zooplankton qruplaşmalarına aid tədqiqat işlərinin aparılması, bu müddət ərzində 38 növ və 3 yarımnövün  qeydə alınması, növlərin məskunlaşma xarakterinə görə hansı qruplara bölünməsi və digər məsələlər haqqında ətraflı danışaraq seminar iştirakçılarını məlumatlandırıb.

Elmi seminar institut əməkdaşlarının mövzu ətrafında fikir mübadiləsi və sualların cavablandırılması ilə başa çatıb.