НОВОСТИ
1728

2020.07.14

Zoologiya İnstitutunda təhsil alan doktorant və dissertantların onlayn attestasiyası keçirilib

14 iyul 2020-ci il tarixində AMEA Zoologiya İnstitutunda elmlər doktoru və fəlsəfə doktoru hazırlığı proqramı üzrə təhsil alan doktorant və dissertantların onlayn attestasiyası keçirilib. “Zoom” platforması üzərindən keçirilən attestasiyada elmlər doktoru hazırlığı üzrə 6 dissertant, fəlsəfə doktoru hazırlığı üzrə 4 doktorant və 6 dissertant iştirak edib. Attestasiya prosesi institutunun direktoru vəzifəsini icra edən, biologiya elmləri doktoru Elşad Əhmədov və komissiya üzvlərinin iştirakı ilə keçirilib.

Tədbirdə doktorant və dissertantların tədqiqat ili ərzində gördükləri işlərin qısa yekunu dinlənilib, onların konfranslarda iştirakları, nəşr olunan elmi əsərləri müzakirə edilib, suallar cavablandırılıb, həmçinin  attestasiya komissiyası üzvlərinin təklif və tövsiyələri dinlənilib.

Sonda attestasiya komissiyasının qərarı ilə fərdi iş planlarında nəzərdə tutulmuş işləri yerinə yetirmiş doktorant və dissertantlar növbəti tədris ilinə attestasiyadan keçiriliblər.