НОВОСТИ
2081

2020.04.08

AMEA Zoologiya İnstitu­tunun sabiq direktoru, akademik Əsədov Səttar Məcid oğlunun anadan olmasının 110 ili tamam olmuşdur

Azərbaycan EA-nın Zoologiya İnstitu­tunun sabiq direktoru, akademik Əsədov Səttar Məcid oğlunun anadan olmasının 110 ili tamam olmuşdur. Tanınmış alim 1910-cu il martın 15-də Şuşa şəhərində anadan olmuş­dur. Azərbaycan Dövlət Universitetinin Bio­logiya fakültəsini bitirmiş (1939), biolo­gi­ya üzrə fəlsəfə doktoru (1945) və elmlər doktoru (1961) disser­ta­siyalarını müdafiə etmişdir. Azərbay­can SSR EA-nın müxbir üzvü (1962) və həqiqi üzvü (1968) seçil­mişdir. Azərbaycan EA-nın Zoologiya İnstitu­tunda Helmintologiya laborato­riyası­nın mü­diri (1945-1974), elmi işlər üzrə direktor müavini (1947-1950) və direk­tor (1950-1960) vəzifələrində işləmişdir.

S.M.Əsədovun tədqiqatları Azərbaycanın müx­təlif zonalarında vəhşi və əhli gövşəyən heyvanların helmint faunasının eko­loji-coğrafi analizinə, kənd təsərrüfatı heyvanlarının helmintoz xəstəliklə­rinə qarşı mübarizə tədbirlərinin elmi əsaslarla işlənib hazırlanmasına həsr olunmuşdur. Alim tərəfindən elmə məlum olmayan 12 yeni helmint növü aşkar edilmişdir. O, gövşəyənlərin helmint faunasının respublika ərazisi üzrə paylanmasında üfüqi və şaquli zonallığı müəyyənləşdirmiş və bu ərazini 3 əsas ekoloji aran, dağətəyi və dağlıq zonalarına, Böyük Qafqaz sıra dağla­rının ətəkləri, hündürlükləri də daxil olmaqla Mərkəzi və Şərqi Azərbaycanı əhatə edən bir neçə yarımzonaya bölmüşdür. Azərbaycanda ilk dəfə düzənlik zonada 5 ya­rımzona (şimal-şərqi Azərbaycan; Abşeron-Qobustan, onlarla yanaşı çöllük­lərin xam hissələri; Kür-Araz düzənliyi; Lənkəran təbii vilayəti; qərbi Azər­baycanın aran hissəsi), dağətəyi zonada 4 yarımzona (Böyük Qafqazın cə­nub ətəklərində, Böyük Qafqazın şərq ətəklərindəki rayonlar, Kiçik Qaf­qazın Kür-Araz düzənliyinə baxan ətəkləri, Talış dağlarının ətəkləri) və dağ­lıq zonada 2 yarımzona (Böyük Qafqaz dağlarının hündürlükləri, Kiçik Qafqaz dağlarının hündürlükləri) ayırd edilmişdir.

S.M.Əsədovun rəhbərliyi və redaktorluğu ilə 1975-ci ildə Azərbaycanda Kənd Təsərrüfatı heyvanlarının helmint və helmintozla­rının zonalar üzrə yayıl­ması və helmintozlarla mübarizənin güc­ləndirilməsi üzrə xəritələr nəşr edilmişdir.

Akademik S.Əsədov 132 elmi əsərin, o cümlədən 3 monoqrafiya, 1 kitab,  bir neçə el­mi-kütləvi kitabçanın müəllifi və həmmüəllifidir. O, orta məktəb üçün “Zoologiya” dərsliyinin, “Zooloji terminlər lüğəti”nin, “Azərbaycanın hey­vanlar aləmi” mono­qra­fiyasının tərtibçilərindən biri olmuşdur. S.M.Əsədovun rəhbərliyi ilə 8 fəlsəfə doktoru və 2 elmlər doktorluğu disser­tasiyası müdafiə edilmişdir.

O, respublikanın elmi-istehsalat konfranslarında, xaricdə keçirilən hel­min­toloji qurultay, konfrans və beynəlxalq konqreslərdə müxtəlif mövzu­larda məruzələr etmişdir.

S.M.Əsədov Azərbaycan SSR Elmlər Akademiyası Terminologiya komissiya­nın, Azərbaycan Sovet Ensiklopediyasında biologiya elmləri re­dak­siyasının, Azər­baycan Elmlər Akademiyasının Biologiya Elmləri Böl­məsinin və Zaqafqaziya res­publikala­rının Faunistik komissiyasının üzvü olmuşdur. Azərbaycan Helminto­loqlar Cəmiy­yətinə uzun illər sədrlik etmişdir. Ümum­ittifaq “Bilik” Cəmiyyətinin Biologiya şöbə­sinin və Azərbaycan Təbiəti Müha­fizə Cəmiyyətinin fauna bölmə­sinin sədri olmuşdur.

S.M.Əsədov “Şərəf nişanı” ordeni və bir sıra medallarla təltif edil­mişdir.

Akademik Səttar Əsədov 11 fevral 1974-cü ildə Bakıda vəfat etmişdir.

http://bteb.science.gov.az/az/news/1465