NEWS
485 Archive

2019.04.01

Elm günü ilə əlaqədar AMEA Zoologiya İnstitutunun Zooloji Muzeyində açıq qapı günü keçirildi

Martın 29-da Elm günü ilə əlaqədar AMEA Zoologiya İnstitutundakı Zooloji Muzeydə açıq qapı günü təşkil olundu. Ekskursiya zamanı Zooloji muzeyin əməkdaşı Könül Həsənova muzeyin ekspozisiya fonduna daxil olan və onurğalı heyvanların müxtəlif siniflərinə (balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər) aid olan növlərin müasir populyasiya vəziyyəti, təbiətdə sayı, yayılması, onların ekoloji xüsusiyyətləri haqqında geniş məlumat verdi. Həmçinin Azərbaycan Respublikasıının Qırmızı Kitabına daxil edilən nadir və nəsli kəsilməkdə olan növlərin qorunması istiqamətində görülən işlərdən danışdı. Sonda şagirdlərə Azərbaycan faunasına həsr olunmuş kitabçalar paylandı