НОВОСТИ
3392

2018.07.19

Zoologiya İnstitutunun əməkdaşları Ornitoloji monitorinq aparıb

AMEA Zoologiya İnstitutunun “Quru onurğalıları” laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru İlyas Babayev, elmi işçisi, dissertant Sevinc Rəcəbova və AMEA Naxçıvan bölməsi Bioresurslar İnstitutunun “Zooloji tədqiqatlar” şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Məmmədov Arzu Fərman oğlu,  27 may 2018ci il tarixindən 16 iyun 2018-cı il tarixinə dək BP şirkətinin sifarişi ilə “Səngəçal terminalı ətrafında quşların monitorinqi” adlı beynəlxalq layihəni uğurla yerinə yetiriblər. Ornitoloji monitorinq müddətində Səngəçal terminalı ətrafından materiallar toplanıb və hesabat BP şirkətinə təqdim olunub. Qeydə alınan növlərdən Bozqır sarı (Buteo rufinus) və Qaraqarın bağrıqara (Pterocles orientalis) yalnız Azərbaycanın "Qırmızı Kitab"-ına, Leşcil ağqartal (Neophron percnopterus) isə həm Azərbaycanın "Qırmızı Kitab"-ına, həm də Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına (IUCN Red List) daxildir. Tədqiqat zamanı binokl, teleskop və fotoaparatdan istifadə olunub.