НОВОСТИ
3603

2018.02.27

AMEA Zoologiya İnstitutunun gənc alimləri TÜBİTAK BİDEP tərəfindən dəstəklənən treninqdə iştirak ediblər

AMEA Zoologiya İnstitutunun gənc alimləri, Quru onurğalıları laboratoriyasının kiçik elmi işçisi Aqil Haxıyev və Protozoologiya laboratoriyasının elmi işçisi Elyanə Tahirova 7 – 14 fevral tarixlərində Türkiyənin Afyonkarahisar şəhərinin Sandıklı ərazisində yerləşən Ağdağ Təbiət Parkında TÜBİTAK BİDEP tərəfindən dəstəklənən və İstanbul Ticarət Universiteti tərəfindən yerinə yetirilməkdə olan  “Yaban hayat ekolojisi ve envanter teknikleri kursu-2” adlı treninqdə iştirak ediblər. Treninq müddətində qorunan təbiət əraziləri, su hövzələri, biotoplar və vəhşi heyvan populyasiyaları, markalama metoduna görə say analizinin aparılması, heyvanlarınizlərinin tanınması və təbiətdə rast gəlinən izlərə görə nöqtədə sayma zamanı anketlərin doldurulması, fotokapanların quraşdırılma qaydası haqqında məlumatlar əldə edilmiş və təbiət parkı ərazisində çöl şəraitində  həyata keçirilən praktiki dərslərdə təcrübə qazanmışlar. Eyni zamanda Türkiyəli magistr və doktorantlar üçün Aqil Haxıyev “Azərbaycanda məməlilərin müasir statusu”, Elyanə Tahirova isə “Azərbaycanın sərbəstyaşayan ibtidailər faunası” adlı seminarlar veriblər. Treninqin sonunda imtahan keçirilmiş və nəticələr açıqlandıqdan sonra iştirakçılara sertifikatlar təqdim edilib.