НОВОСТИ
2922

2017.12.07

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Rusiyada bir sıra görüşlər keçirib

Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Rusiyanın paytaxtı Moskvada elmi ezamiyyətdə olub.

Alim səfər çərçivəsində Rusiya Elmlər Akademiyasının (REA) Şmidt adına Yer Fizikası İnstitutunun direktoru, REA-nın müxbir üzvü Sergey Tixotski, Rusiya Təbiət Elmləri Akademiyasının vitse-prezidenti, akademik Əzizağa Şahverdiyev və İ.M.Qubkin adına Neft-Qaz Rusiya Dövlət Universitetinin Neft-qaz axtarışı və kəşfiyyatının nəzəri əsasları kafedrasının müdiri, Dağ-mədən Elmləri Akademiyasının həqiqi üzvü Vaqif  Kərimovla  görüşüb.

RSXM ilə Yer Fizikası İnstitutu arasında gələcəkdə Azərbaycanın şimal, Rusiyanın isə cənub hissəsi daxil olmaqla Böyük Qafqazın şərq seqmentinin seysmotektonik və paleoseysmoloji tədqiqatlarının aparılması haqqında ilkin razılığa gəlinib.

Eyni zamanda Neft-Qaz Rusiya Dövlət Universiteti ilə birgə neftli-qazlı ərazilərdə seysmikliyin öyrənilməsi, seysmikliyin neft-qaz hasilatına təsiri və digər məsələlər haqqında müzakirələr aparılıb, gələcəkdə bu sahədə birgə tədqiqatların aparılması imkanları dəyərləndirilib.

http://science.gov.az/news/open/6949