ОБЪЯВЛЕНИЯ
308

2026.05.18 04:40

AR ETN Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ doktoranturaya qəbul elan edir

AR ETN Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2026-cı il tarixli 320s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2026-ci il üçün doktorant hazırlığı üzrə qəbul planı”na əsasən aşağıda göstərilmiş ixtisaslar üzrə qəbul elan edir:

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına:

2401.01  – “Zoologiya” – 1 yer (əyani);

2401.01 – “Zoologiya” – 1 yer (qiyabi);

2413.01 – “Entomologiya” – 1 yer (qiyabi);

2429.01 – “Parazitologiya” – 1 yer (əyani);

2429.01 – “Parazitologiya” – 1 yer (qiyabi);

2406.02 – “Biokimya” – 1 yer (əyani);

2411.01 – “İnsan və heyvan fiziologiyası” – 1 yer (əyani);

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ödənişli əsaslarla:

2411.01 – “İnsan və heyvan fiziologiyası” – 1 yer (əyani);

 

Qəbul Qaydaları:

Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi (TMİS) vasitəsilə elektron qaydada (portal.edu.az vasitəsilə 19.05-09.06.2026-cı il tarixində 3 həftə müddətinə) həyata keçirilir.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  • elmi müəssisənin rəhbərinin adına ərizə;
  • kadrların şəxsi-qeydiyyat vərəqi;
  • tərcümeyi-hal;
  • 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
  • iş yerindən xasiyyətnamə;
  • çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması ilə bağlı şəhadətnamə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • xarici dil bilikləri üzrə beynəlxalq sertifikatın surəti (IELTS, TOEFL, TestDaf, DELF, DALF, STANAG, Cambridge English Qualifications – olduğu halda).

Qeyd: Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına malik olan şəxslər xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyini Dövlət İmtahan Mərkəzi müəyyənləşdirir.