ОБЪЯВЛЕНИЯ
1181

2025.06.10 10:14

ARETN Zoologiya İnstitutunun təşkilatçılığı ilə “BİOMÜXTƏLİFLİYİN AKTUAL PROBLEMLƏRİ, MÜASİR BAXIŞLAR VƏ TƏDQİQATLAR” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək

17-18 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun təşkilatçılığı ilə “BİOMÜXTƏLİFLİYİN AKTUAL PROBLEMLƏRİ, MÜASİR BAXIŞLAR  VƏ TƏDQİQATLAR” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcəkdir.

Konfransın keçirilməsində məqsəd quru və su ekosistemlərinin qlobal iqlim dəyişilmələri şəraitində bioloji müxtəlifliyin ümumi problemlərinin, fauna ehtiyatlarından səmərəli istifadənin, bioloji invaziyaların problemlərinin, təbii ekosistemlərdə heyvanların parazit faunasına aid aktual məsələlərin müzakirəsindən ibarətdir.

Konfransın dili: Azərbaycan, inglis və rus.

Konfransın proqramına aşağıdakı elmi məsələlər daxildir:

  • Bioloji müxtəliflik: nəzəri və tətbiqi aspektləri
  • Heyvanlar aləminin mövcud vəziyyəti və qorunması yolları
  • Qlobal iqlim dəyişilməsinin ekosistemlərə təsiri

 

Konfransın materialları elmi məqalələr toplusu şəklində çap olunacaqdır.

Təqdim olunacaq məqalələrə tələblər:

Məqalələr konfransın əsas tematik sahələrinə uyğun olmalıdır. Onlar 2-3 səhifə həcmində elektron formada Azərbaycan, rus və ya ingilis dillərində qəbul ediləcəkdir. Hər bir iştirakçı tək müəllif olduğu yalnız bir və həmmüəllifliklə yalnız ikiyə qədər məqalə təqdim edə bilər.

  1. Məqalənin adı (mərkəzdə, qalın, baş hərflərlə);
  2. Müəllifin adı (mərkəzdə, qalın, baş hərflərlə);
  3. Təşkilatın tam adı, müəllif (lər) in elektron poçt ünvanı (mərkəzdə kursivlə);
  4. Ədəbiyyat siyahısı mətndə istifadə edilmə ardıcıllığına uyğun olaraq nömrələnir və mətndə [ ] mötərizədə qeyd edilir;
  5. İstifadə olunmuş ədəbiyyat siyahısı (AAK-nın tələblərinə uyğun tərtib edilir);
  6. Ədəbiyyat siyahısının nömrələnməsində avtomatik nömrələmədən və sözlərin avtomatik sətrdən sətrə keçirilməsindən istifadə etmək olmaz.

 

Məqalənin mətninin tərtibat qaydaları:

  • Mətn redaktoru - Microsoft Word;
  • Format – RTF və ya Doc.
  • Şrift - Times New Roman;
  • Şrift ölçüsü – 12 pt;
  • Sətir aralığı - 1,15;
  • Abzas - 1,25 sm;
  • Səhifə parametrləri: sol 3.0 sm, sağ 2.0 sm, yuxarı və aşağı 2.5 sm;
  • Düsturlar və heyvan növlərinin adları kursivlə yazılmalıdır.

Şəkillər (fotoşəkillər). Bütün şəkillər rəqəmlərlə nömrələnməli (Şəkil 1, Şəkil 2 və s.) və başlıqları olmalıdır. Şəkilin nömrəsi və başlığı şəkilin altında yerləşdirilməlidir. Məqalədə bir şəkil varsa, o nömrələnmir. Şəkil mətndə ona ilk istinad edilən paraqrafdan sonra gəlməlidir. Şəkilin eni mətn zolağının enindən çox olmamalıdır. Şəkil başlığının sonunda nöqtə qoyulur.

Cədvəllər. Bütün şəkillər rəqəmlərlə nömrələnməli (Cədvəl 1, Cədvəl 2 və s.) və başlıqları olmalıdır. Cədvəlin nömrəsi və başlığı cədvəlin üstündə yerləşdirilməlidir. Məqalədə bir cədvəl varsa, o nömrələnmir. Cədvəl mətndə ona istinad edilən ilk paraqrafdan sonra gəlməlidir. Cədvəlin eni mətn sahəsinin enindən çox olmamalıdır. Cədvəlin başlığı və cədvəldəki mətn 12 pt ölçülü şriftlə yazılır. Başlığın sonunda nöqtə qoyulmur. Mətndə cədvəllərə istinad tələb olunur.

Məqalənin şəkil və ya cədvəllə bitirilməsinə yol verilmir.

Cap üçün təqdim olunmuş məqalələrin müəllifləri onların məzmununa, faktların, sitatların, statistik məlumatların və təqdim olunan digər məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırlar. Plagiat hallarını aşkar etmək üçün məqalə xüsusi proqramda yoxlanılacaqdır: mətnin unikallığı ən azı 70% olmalıdır.

Konfransın təşkilat komitəsinə məqalələrin əlyazmaları ilə yanaşı onların müəllifləri haqqında məlumatları əks etdirən qeydiyyat forması da təqdim olunmalıdır.

 

Nümunə

Qeydiyyat forması

Soyadı, adı, atasının adı, :

 

Təşkilat:

 

Vəzifəsi:

 

Elmi dərəcəsi, elmi adı:

 

Məqalənin adı:

 

Ünvanı:

 

Telefonu:

 

E-mail:

 

Təqdimat:

 

 

 

Konfransın materiallarında çap olunacaq məqalələrin elektron əlyazmaları və qeydiyyat formaları 31 may 2025-ci il tarixinə qədər conference2025konfrans@gmail.com elektron poçtuna göndərilməlidir.

Əlaqələndirici şəxs: Ləman Hüseynova e.mail: conference2025konfrans@gmail.com,  tel.: +99412-539-73-71.

 

Konfransın keçirilmə tarixi:

17-18 iyun 2025-ci il

 

Təşkilat komitəsinin ünvanı: Azərbaycan Respulikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutu, AZ 1004,  Bakı ş., Səbail rayonu, A. Abbaszadə küç., 115

Konfrans proqram 2025 final 1.pdf