ОБЪЯВЛЕНИЯ
931

2021.10.11 15:22

“Azərbaycanda leşyeyən quşların (Aegypius monachus,Gyps fulvus, Neophron percnopterus, Gypaetus barbatus) yayılması, biologiyası və mühafizəsi” mövzusunda doktorluq dissertasiyasının müdafiəsi keçiriləcək

11 noyabr 2021-ci il tarixində saat 14:00-da AMEA Zoologiya institutunun dissertasiya şurasında AMEA Zoologiya İnstitutunun "Onurğalılar zoologiyası"laboratoriyasının aparıcı elmi işçisi aq.e.ü.f.d. Kərimov Tahir Ərşad oğlunun 2401.01 - "Zoologiya" ixtisası üzrə “Azərbaycanda leşyeyən quşların (Aegypius monachus,Gyps fulvus, Neophron percnopterus, Gypaetus barbatus) yayılması, biologiyası və mühafizəsi” mövzusunda doktorluq dissertasiyasının müdafiəsi keçiriləcək.
Elmi məsləhətçi: AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru İlham Xəyyam oğlu Ələkbərov

Rəsmi opponentlər: Bakı Dövlət Universitetinin Zoologiya və fiziologiya kafedrasının müəllimi, 2401.01 – “Zoologiya” ixtisası üzrə b.e.d., professor Canbaxış Nəcəfov, AMEA Zoologiya institutunun Parazitologiya laboratoriyasının baş elmi işçisi, 2401.01 – “Zoologiya” ixtisası üzrə b.e.d., dosent Asif Manafov, Gəncə Dövlət Universitetinin Anatomiya, Fiziologiya və Zoologiya kafedrasının müdiri 2401.01 – “Zoologiya” ixtisası üzrə b.e.d, dosent, Vəfa Məmmədova və Azərbaycan Ekologiya və Təbii Sərvətlər nazirinin müavi, 2401.01 – “Zoologiya” ixtisası üzrə b.e.d., professor Rauf Hacıyev
İclasda iştirak etmək üçün aşağıdakı linkə daxil olun.

Link: https://us02web.zoom.us/j/81304422989?pwd=NGpTdWordERMTGRmWUVhUkt3cHk0QT09 

Meeting ID: 813 0442 2989
Parol: 176029