ОБЪЯВЛЕНИЯ
1343

2021.06.30 15:43

Zoologiya İnstitutunda yaz sessiyası üzrə doktorluq imtahanı keçiriləcək

AMEA-nın akademik-katibi akademik Arif Həşimovun AMEA-nın elmi müəssisələrinin rəhbərlərinə ünvanladığı 03 iyun 2021-ci il tarixli 01-6/423 nömrəli məktubuna əsasən ixtisas ( Zoologiya - 2401.01) və ( Parazitologiya - 2429.01) fənnlərindən doktorluq imtahanının qəbulu ilə əlaqədar Zoologiya İnstitutunda komissiya yaradılmışdır.

Zoologiya İnstitutunun dissertantı Şükürova Zərintac Yusif qızı “Zoologiya ”-2401.01 ixtisas fənni üzrə doktorluq imtahanında iştirak etməsi və doktorluq imtahanının 01 iyul 2021-ci il tarixində saat 11:00-da və V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun dissertantı Sultanova Yeganə Əliqulu qızı “Parazitologiya”- 2429.01 ixtisas fənni üzrə doktorluq imtahanında iştirak etməsi və doktorluq imtahanının 02 iyul 2021-ci il tarixində saat 11:00-da Zoologiya İnstitutunda keçirilməsi nəzərdə tutulmuşdur.