XƏBƏRLƏR
3349 Arxiv

2019.02.11

Zoologiya İnstitutu əməkdaşlarının “Bal arısının xəstəlikləri və onlarla mübarizə yolları” adlı kitabçası çapdan çıxıb

AMEA Zoologiya İnstitutu Tətbiqi Zoologiya Mərkəzinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Barat Əhmədov və Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi  Rəfiqə Qazinin müəllifliyi ilə “Bal arısının xəstəlikləri və onlarla mübarizə yolları” adlı kitabça çapdan çıxıb.

Kitabçada arı mütəxəssisləri, arıçılar və arıçılıqla maraqlanan şəxslər üçün  bal arılarında rast gəlinən bakterial, virus, göbələk  və parazitar xəstəliklər, zərərvericilər, xəstəlik və zərərvericilərə qarşı mübarizə üsulları və arılara qulluq qaydaları öz əksini tapıb.