XƏBƏRLƏR
2895 Arxiv

2019.02.08

Zoologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

8  fevral  2019-ci il tarixində AMEA Zoologiya İnstitutunun Elmi Şurasının  növbəti iclası keçirilib. Şuranı giriş sözü ilə institut direktoru f.ü.f.d.  Elman Yusifov   açaraq, gündəlikdə duran məsələlər barədə şura üzvlərini məlumatlandırıb, 2019-cu ilin I yarım ili üçün iş planının təsdiq edilməsi haqqında da ərtaflı məlumat verib.

Daha sonra İnstitutun Elmi İşlər Üzrə direktor müavini b.ü.e.d. Elşad Əhmədov əməkdaşların 2019-cu il üzrə elmi-tədqiqat işlərinin mərhələləri və fərdi iş planlarının təsdiq edilməsi, AMEA Zoologiya İnstitutunda laboratoriyaların strukturunun təkmilləşdirilməsi və idarə edilməsinin optimallaşdırılması üçün təkliflər və  müxtəlif məsələlər haqqında fikirlər irəli sürüb. Mövzular ətrafında təkliflər dinlənilib, müzakirələr aparılıb, qərarlar qəbul edilib.

Gündəlikdə duran digər məsələ AMEA-nın professoru, Elmi işlər üzrə direktor müavini biologiya üzrə elmlər doktoru Elşad Əhmədovun 50 illik yubileyi, həmçinin  AMEA Zoologiya İnstitutunun Ağsu Dayaq Təcrübə Məntəqəsinin müdiri Akif Qədirovun 70 illik yubileyi haqqında olub. Belə ki, hər iki əməkdaşa AMEA Zoologiya İnstitutunun və AMEA Azad Həmkarlar İttifaqının Fəxri fərmanları və hədiyyələr təqdim edilib, həyat və yaradıcılıq yolunda uğurlar arzu edilib.