XƏBƏRLƏR
3414 Arxiv

2019.01.08

Zoologiya İnstitutu əməkdaşının “Parazit qurdların yayılmasında sahibsiz it və pişiklərin rolu” adlı kitabı nəşr edilib

AMEA Zoologiya İnstitutunun “Parazitologiya” laboratoriyasının aparıcı elmi işçisi Reyhan İbrahimovanın “Parazit qurdların yayılmasında sahibsiz it və pişiklərin rolu” adlı kitabı çap olunub.

Kitab insanların və gövşəyən ev heyvanlarının təhlükəli parazit qurdlarla  yoluxmasında sahibsiz it və pişiklərin rolunun müəyyən olunmasına həsr edilib.

Kitabda, həmçinin  insan və gövşəyən ev heyvanlarının patogen parazit qurdlarla yoluxmasının qarşısının alınmasında əhalinin maarifləndirilməsi məsələsi də öz əksini tapıb.