XƏBƏRLƏR
3225
Arxiv
2019.01.07
“Botanika dünyası” adlı məlumat bülleteninin yeni sayı çap olunub
AMEA-nın Botanika İnstitutu tərəfindən “Botanika dünyası” adlı məlumat bülleteninin 15-ci sayı işıq üzü görüb.
Azərbaycan və ingilis dillərində çap olunan nəşrin bu sayı institutun 2018-ci ildəki elmi fəaliyyətinə həsr olunub.
Vəsaitdə Azərbaycan botanika elminin inkişafında misilsiz xidmətləri olan görkəmli alimlərin yubileylərinə həsr olunmuş tədbirlər, müəssisədə həyata keçirilən layihələrin nəticələri, beynəlxalq əməkdaşlıq, elmi seminarlar, elm-təhsil çərçivəsində gənc kadrların hazırlığı, müştərək ekspedisiyalar və s. haqqında məlumatlar öz əksini tapıb.
http://science.gov.az/news/open/9484
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.