XƏBƏRLƏR
2986 Arxiv

2018.11.27

Yaponiyalı alim Botanika İnstitutunda olub

Yaponiyanın Mie Universitetinin Bitki patologiyası laboratoriyasının professoru Susumu Takamatsu AMEA-nın Botanika İnstitutunda ezamiyyətdə olub.

İnstitutun direktoru, akademik Validə Əlizadə  Mikologiya laboratoriyasının müdiri, b.ü.e.d. Dilzarə Ağayeva ilə keçirilən görüşdə qonağa müəssisənin tarixi, elmi tədqiqat işləri və əldə etdiyi nailiyyətlər barədə məlumat verilib. Bundan əlavə, mikologiya sahəsi üzrə müştərək tədqiqatların aparılması və elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunub.

S.Takamatsu daha sonra institutun laboratoriyalarını, mikroskop otağını, Herbari fondunu və Botanika Muzeyini ziyarət edib.

Həmçinin yaponiyalı alimin iştirakı ilə Quba rayonunun meşələrində yayılmış Unlu şeh göbələklərini müşahidə etmək məqsədilə müştərək ekspedisiya həyata keçirilib.

Səfər müddətində AMEA-nın Botanika, Mərkəzi Nəbatat Bağı, Molekulyar Biologiya və Biotexnologiyalar  Mikrobiologiya institutlarının əməkdaşlarının iştirakı ilə S.Takamatsunun təqdimatında elmi seminar təşkil olunub. Seminarda yaponiyalı alimin “Mikroaləmdə niyə heyrətamiz geometriyalar yaranmışdır? Unlu şeh göbələklərinin təkamülü və taksonomiyası” mövsuzunda məruzəsi dinlənilib. Alim məruzəsində Unlu şeh göbələklərinin Yer kürəsində ilk dəfə yaranma tarixi, keçdiyi təkamül yolu, sahib aralığı və coğrafi yayılmasına dair suallara aydınlıq gətirib.

http://science.gov.az/news/open/9230