XƏBƏRLƏR
3299 Arxiv

2018.10.03

03 oktyabr “Ümumdünya Quşların Müşahidəsi Günü”dür

“Birdlife İnternational” təşkilatının təklifi ilə 03 oktyabr bütün dünyada “Ümumdünya Quşların Müşahidəsi Günü” kimi qeyd olunur. Həmin günün qeyd olunmasının məqsədi geniş kütləni quşların yaşam tərzi barədə məlumatlandırmaq, onların mühafizəsi problemlərinin, o cümlədən insanların fəaliyyəti və ətraf mühitin çirklənməsi nəticəsində bəzi növlərin sayının azalması, yaxud kökünün kəsilmək təhlükəsi altında olmasını diqqətə çatdırmaq, həmçinin quşları təbii biotoplarında öyrənmək, keçirilən aksiyalara daha çox insan cəlb etməklə onları daha çox quş növləri ilə tanış etməkdir.

Hal hazırda Yer kürəsində 9800-dən artıq, Azərbaycan da isə 404 quş növü yaşayır.