XƏBƏRLƏR
2897 Arxiv

2018.09.25

Azərbaycanlı alim beynəlxalq konfransda məruzə ilə çıxış edib

İsveçrənin Sürix şəhərində XIII Beynəlxalq Kənd Təsərrüfatı və Bağçılıq üzrə "Son yeniliklər və kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi" mövzusunda elmi konfrans keçirilib.

Dünyanın 34 ölkəsindən alim və mütəxəssisin iştirak etdiyi beynəlxalq tədbirdə ölkəmizi Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov təmsil edib.

T.Məmmədov konfransda "Azərbaycan dendroflorasında Rosacea fəsiləsinə aid cinsi növlərin təbii və mədəni şəraitdə yayılması və taxonomik tərkibi" mövzusunda məruzə ilə çıxış edib.

Azərbaycanlı alimin məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.

http://science.gov.az/news/open/8758