XƏBƏRLƏR
2810 Arxiv

2018.09.14

Britaniyalı alimlər "ağıllı şalvar" işləyib hazırlayıblar

Bristol Universitetində çalışan britaniyalı alimlər qrupu “süni əzələ” həlli inteqrasiya edilmiş "ağıllı şalvar" hazırlayıblar. Texnoloji yenilik əlillərə və yaşlı insanlara hərəkətlilik probleminin öhdəsindən gəlməyə kömək edəcək.

tass.ru saytı xəbər verir ki, yeni texnologiya hərəkət etməkdə çətinlik çəkən insanlara yerimə zamanı əlavə köməklik göstərəcək. “Ağıllı” şalvarlar əlillərə əlil arabasından ayağa qalxmağa və pilləkənlərlə yuxarı qalxmağa yardım edəcək. Bundan başqa, yeni texnologiya geyinmə prosedurunu asanlaşdıracaq.

Mütəxəssislərin sözlərinə görə, ixtira, hətta yaşlı insanları əlil arabasının istifadəsindən imtina etməyə imkan verəcək.

http://science.gov.az/news/open/8656