XƏBƏRLƏR
2980 Arxiv

2018.09.12

“Science city” yaşayış kompleksində tikinti işləri davam etdirilir

Hazırda 12 mərtəbə, iki blok, 154 mənzildən ibarət olan ilk binanın beşinci mərtəbəsində tikinti işləri görülür.

Məlumdur ki, Abşeron rayonunun Saray qəsəbəsində yerləşən “Alimlər şəhərciyi”ndə (Science City) AMEA əməkdaşları üçün kooperativ yaşayış kompleksi tikilir. 7 hektarlıq ərazidə reallaşdırılacaq bu layihə çərçivəsində ümumulikdə 18 bloklu binanın tikilməsi planlaşdırılır.

Qeyd edək ki, ekoloji təmiz havası olan ərazidə yerləşən kompleksdə müvafiq sosial infrastrukturun yaradılması, həmçinin ictimai iaşə, məişət, məktəb, uşaq bağçası və digər xidmət obyektləri üçün qeyri-yaşayış sahələrinin də istifadəyə verilməsi nəzərdə tutulur.

http://science.gov.az/news/open/8638