XƏBƏRLƏR
2966 Arxiv

2018.08.29

Dendrologiya İnstitutunda “Vikipediya”nın təbliği üzrə tədbir keçirilib

AMEA-nın Dendrologiya İnstitutunda “Vikipediya”nın populyarlaşdırılması və təbliği üzrə elmi seminar keçirilib.

Seminarda mövzu ilə bağlı geniş müzakirələr aparılıb. Qeyd olunub ki, Azərbaycan elminin dünyada daha geniş tanıdılması üçün “Vikipediya Virtual Ensiklopediyası” ən önəmli layihələrdəndir. Buna görə institutda çalışan gənc alim və mütəxəssislərin iştiraki ilə viki-qruplar təşkil olunub, “Vikipediya”nın zənginləşməsi üçün “Vikipediya Ensiklopediyasının nəzəri və praktiki əsasları” mövzusunda elmi seminarların ardıcıl keçirilməsi nəzərdə tutulub.

Seminarlarda institutun əməkdaşlarına toplanmış informasiya resurslarının, alimlərimizin kitab və elmi əsərlərinin “Vikipediya”nın tələb və standartlarına uyğun viki-səhifələrdə yerləşdirilməsi öyrədiləcək.

http://science.gov.az/news/open/8561