XƏBƏRLƏR
3066 Arxiv

2018.07.27

Bu ilin ikinci Ay tutulması hadisəsi baş verəcək

Cari ilin ikinci Ay tutulması hadisəsi iyulun 27-dən 28-ə keçən gecə baş verəcək. 

AMEA Şamaxı Astrofizika Rəsədxanasından aldığımız məlumata görə, Ay tutulması hadisəsi Bakı vaxtı ilə saat 22:24-də başlanacaq, saat 00:21-də maksimum səviyyədə olacaq, saat 02:19-da isə başa çatacaq.

Yerin ekvatorial zonasında baş verəcək bu astronomik təbiət hadisəsi "mərkəzi tutulma" adlanır. Yəni, Ay kölgənin mərkəzindən keçəcək.

Ay tutulması hadisəsi Azərbaycan ərazisində tam müşahidə olunacaq.

Qeyd edək ki, Mars və Yerin növbəti yaxınlaşmasının 2035-ci ilin sentyabr ayının 15-nə təsadüf etməsi gözlənilir. Bu il isə bu yaxınlaşma Ay tutulmasıyla tam üst-üstə düşür. 1 saat 44 dəqiqə davam edəcək bu təbiət fenomeni 100 ilin ən uzunmüddətli Ay tutulması olacaq.

http://science.gov.az/news/open/8211