XƏBƏRLƏR
3256 Arxiv

2018.07.13

“Elm və həyat” jurnalının növbəti nömrəsi nəşr olunub

AMEA-nın elmi-populyar jurnalı olan “Elm və həyat”ın yeni nömrəsi nəşr olunub.

Jurnalın yeni nömrəsində ümummilli lider Heydər Əliyevin anadan olunmasının 95-ci ildönümü ilə bağlı tədbirlər, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin yenidən bu qurumun rəhbəri seçilməsi münasibətilə jurnalın redaksiya heyətinin ona ünvanladığı təbrik məktubu, o cümlədən tarix, ədəbiyyat, etnoqrafiya, fizika, kimya, kibernetika, astronomiya və digər elm sahələrinə aid müxtəlif yazılar oxuculara təqdim olunur.

Nəşrdə, həmçinin fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayevin “Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri kimi M.Ə.Rəsulzadənin milliyyətçilik və millətçilik probleminə münasibəti”, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafovun “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, Naxçıvan Dövlət Universitetinin əməkdaşı Hüseyn Qasımovun “Qloballaşma mühitində universitetlər” və fəlsəfə üzrə elmlər doktoru, dosent Ələddin Məlikovun “Alvin Plantinqa – XX əsrin analitik epistemoloqu” mövzusunda məqalələri yer alıb. 

Elmin bütün istiqamətlərini əsas tutan jurnalın bugünkü hədəfi Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyası və maarifçi mövqeyinin gücləndirilməsidir.

Qeyd edək ki, “Elm və həyat” jurnalının baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadə, baş redaktorun müavinləri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin (İƏEPİ) rəisi Zülfüqar Fərzəliyev, məsul katibi isə İƏEPİ-nin Mətbuat orqanları şöbəsinin rəis müavini Turan Rəhimovadır.

http://science.gov.az/news/open/8407