XƏBƏRLƏR
2891 Arxiv

2018.07.06

Alimlər yeni doğulan körpələr üçün süni ağciyər yaradıblar

Kanada və Almaniyadan olan bir qrup alim tərəfindən tənəffüs problemləri yaşayan yeni doğulan körpələr üçün xarici süni ağciyər yaradılıb. Süni ağciyər xüsusi qaz və oksigen qarışıqlarından deyil, havadan istifadə edir.

www.runews24.ru saytı xəbər verir ki, yeni işləmə qanı oksigen ilə zənginləşdirən ikitərəfli məsaməli membranlardan ibarət olan mikrokanallar sistemini özündə əks etdirir. Sözügedən konstruksiyada qan nasosların köməyi ilə deyil, sərbəst şəkildə dövr edir, təzyiqin dəyişməsi nəticəsində isə qan hüceyrələrinin zədələnməsinin qarşısı alınır. Cihazın parallelepiped formasında olması isə qanın tərkibini həmcins saxlayaraq körpələrə lazimi həcmdə çatdırılmasını təmin edir.

Alimlərin sözlərinə görə, süni ağciyərlər yeni doğulan körpələrin orqanizminin bütün zəruri tələblərini ödəmək gücündədir. Qurğunun dayanıqlılığını yüksəltmək və körpənin orqanizminə düşən yükü azaltmaq üçün fiziklər onun hazırlanmasında digər materialları da sınaqdan keçirmək niyyətindədirlər.

http://science.gov.az/news/open/8361