XƏBƏRLƏR
3053 Arxiv

2018.06.12

AMEA-nın magistrantları pedaqogika fənnindən imtahan veriblər

Məlumdur ki, AMEA Prezidenti, akademik Akif Əlizadənin 480 saylı 10 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən, AMEA-nın magistratura pilləsinə qəbul olmuş bütün magistrantlara ümumi fənlər üzrə dərslərin tədrisi və imtahanların təşkili AMEA İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilib. İnstitutun Tədris-İnnovasiya Mərkəzində (TİM) keçirilən imtahanlar mərkəzləşdirilmiş qaydada elektron test üsulu ilə aparılır.

Bu gün AMEA-nın I kurs magistr tələbələri TİM-də “Pedaqogika” fənnindən imtahan veriblər. 4 altqrup üzrə keçirilən imtahanlarda AMEA-nın institutlarından ümumilikdə 67 nəfər iştirak edib. İmtahanda iştirak edən tələbələrin böyük əksəriyyəti yüksək nəticələr göstəriblər.

Qeyd edək ki, “Psixologiya” və “Fəlsəfənin əsasları” fənnindən imtahanlar isə müvafiq olaraq 14 və 20 iyun tarixlərində keçiriləcək.

http://science.gov.az/news/open/8201