XƏBƏRLƏR
2974 Arxiv

2018.06.04

“Rəqəmsal irs: problemlər və perspektivlər” adlı ekspress-informasiya işıq üzü görüb

“İnformasiya Texnologiyaları” nəşriyyatında “Rəqəmsal irs: problemlər və perspektivlər” adlı ekspress-informasiya işıq üzü görüb. Yeni nəşrin müəllifi AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Rəna Qasımova, elmi redaktoru isə institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimovadır.

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının qərarı ilə çapa tövsiyə olunmuş ekspress-informasiya rəqəmsal irsin movcud problemlərinin araşdırılmasına həsr olunub. Nəşrdə rəqəmsal irsin saxlanması metodları təhlil edilib, rəqəmsal irsin saxlanılmasında beynəlxalq təcrübə oyrənilib, bu sahədə beynəlxalq standartlar analiz olunub. Eyni zamanda, bəzi texniki və texnoloji problemlər analiz olunub və onların aradan qaldırılması istiqamətində bir sıra təklif və tövsiyələr verilib.

http://science.gov.az/news/open/8140