XƏBƏRLƏR
3152 Arxiv

2018.06.01

"Elm" qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA Rəyasət Heyətinin mətbu orqanı olan "Elm" qəzetinin növbəti sayı 1 iyun 2018-ci il tarixində işıq üzü görüb.

Qəzetdə “Böyük elm aləminə açılan qapı”, “Tariximizin siyasi romantika dövrü”, “Üçrəngli bayrağımız”, “Unutsaq unudularıq”, “Yer elmləri üzrə ən gənc elmlər doktoru – Qulam Babayev” adlı məqalələr yer alıb.

Bundan əlavə, yeni sayda AMEA nümayəndə heyətinin Bolqarıstana səfəri, akademik Nailə Vəlixanlının ICOM Azərbaycan Milli Komitəsi tərəfindən “Fəxri üzv” diplomu ilə təltif edilməsi, professor Əli Rəcəblinin “Sikkə və dövlətçilik” kitabının təqdimatı, Qızılgül səgisi, Hirkan meşələrinin adaptasiya potensialının gücləndirilməsi ilə bağlı keçirilən beynəlxalq seminar, ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisi, AMEA əməkdaşları üçün yarmarka, yeni nəşrlər və s. kimi materiallar işıqlandırılıb.

Qəzetdə, həmçinin «И на Марсе будут яблони цвести», «Культура», «Да, скифы мы!», «Неделя тишины», «Геном граната», «Творческий подход» və digər məlumatlarla tanış olmaq olar.

http://science.gov.az/news/open/8122