XƏBƏRLƏR
2928 Arxiv

2018.05.14

Alimlər kağızdan möhkəm material hazırlayıblar

İsveç Kral Texnologiya İnstitutu və ABŞ Kimya Cəmiyyətinin əməkdaşları sellüloz liflərin nanostrukturunu tədqiq ediblər. Adi sellülozdan yaradılmış yeni material öz xüsusiyyətlərinə görə əksər metal ərintisindən daha möhkəmdir.

hi-news.ru saytının məlumatına görə, alimlər yeni materialın yaradılması zamanı kifayət qədər ciddi problemlə üzləşiblər. Belə ki, nanostrukturu təkrarlamaq üçün sintetik sellüloz materiallarının zəif adgeziyasını (yapışma) gücləndirmək lazım olduğu məlum olub. Alimlər bu məhdudiyyətləri aradan qaldırmaq üçün makro ölçülü liflərin mükəmməl təşkili üçün şırnaqlı texnologiyalardan istifadə ediblər və nəticədə hissəciklərin ölçüləri cüzi böyüdülüb.

Ekspertlər, həmçinin yeni materialın bir çox metal ərintisi və şüşə liflərdən daha möhkəm, hörümçək ipəyindən isə 8 dəfə daha sərt olduğunu müəyyən ediblər.

http://science.gov.az/news/open/7976