XƏBƏRLƏR
3439 Arxiv

2018.04.06

AMEA Zoologiya İnstitutunda hərbiləşdirilməmiş Mülki Müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış məşqi keçirildi

6 aprel 2018-ci il tarixində AMEA Zoologiya İnstitutunda hərbiləşdirilməmiş Mülki Müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış məşqi keçirildi. Məşq Zoologiya İnstitunun 2018-ci il üçün Mülki Müdafiə üzrə tədbirlər planına uyğun olaraq “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə qüvvələrinin hazırlığının yoxlanması” mövzusunda rəhbər sənədlərin tələblərinə müvafiq qaydada keçirildi. İnstitunun hər bir hərbiləşdirilməmiş Mülki Müdafiə dəstəsi ilə xəbərdarlıq və toplanış məşqinin keçirilməsi planında nəzərdə tutulan mövzu və suallar nəzəri və praktik cəhətdən iştirakçılara izah edildi. Hər bir manqaya fövqəladə hadisələr zamanı institutun həyətində toplanış yeri göstərildi və fəaliyyət planı barədə məlumat verildi. Sonda məşq iştirakçılarının sualları cavablandırıldı.