2413.01- «ENTOMOLOGİYA» İXTİSASININ PASPORTU

I.         İxtisasın formula:

 

2413.01- «Entomologiya» ixtisasıüzrə elmi dərəcə almaq üçün dissertasiya şurasında müdafiəyə, entomoloji tədqiqatların metodikalarına, nəticələrinə və tətbiqinə dair tamamlanmış işlər qəbul olunur.

 

II.      Tədqiqat sahəsi:

 

1.      Həşəratların mənşəyi və təkamülü (müqayisəli anotomiya və morfologiyaya əsaslanıb).

2.      Həşəratların faunası, taksonomoiyası, ekologiyası və etologiyası.

3.      Həşəratların morfologiyası (anotomiyası, embriologiyası və s. daxil olmaqla)

4.      Həşəratlar aləminin və onun ayri-ayri qruplarının kəmiyyət və keyfiyyət göstəriciləri, onların müqayisəli təhlili.

5.      Həşəratların coğrafi yayılması, onun geoloji tarixi, ekoloji, antropogen və digər amilləri.

6.      Həşəratların həyatında baş verən mövsümi hadisələr (miqrasiya, qış yuxusu, diapauza, çoxalma və bioritmika).

7.      Həşəratların areal genişlənməsinə, qidasına və reproduksiyasına görə əlaqələri və bir-birinə qarşılıqlı təsiri.

8.      Həşəratların ətraf mühitə təsiri, onun optimallaşdırılması, faydalı həşəratların qorunması, zərərli həşəratlara qarşı mübarizənin təkmilləşdirilməsi və səmərəliləşdirilməsi.

9.      Xalq təsərrüfatının və çirklənmiş ekoloji şəraitin, texniki tərəqqinin həşəratlar aləminin təsiri.

10.   Həşəratların ayri-ayri taksonlarının və ekoloji qruplaşmalarının səciyyəsi.

11.   Həşəratların təbii ehtiyyatının müəyyən edilməsi və onun istifadəsinin proqnozlaşdırılması.

12.   Müxtəlif mühit şəraitində (torpaqda, quruda, ağaclarda və s.) yaşayan həşəratların səciyyəvi əlamətləri, homoloji və analoji göstəriciləri, təbii ehtiyatı və onun istifadəsinin səmərəliləşdirilməsi.

13.   Landşaftın antropogen dəyişdirilməsinin müxtəlif mərhələsində (təbii sahədə, modifikasiya olunmuş sahədə, transformasiya  olunmuş sahədə) həşəratlar aləminin müqayisəli tədqiqi.

14.   Həşəratların iqlimləşdirilməsi, introduksiyası və onun nəticələri.

15.   Həşəratların təbii ehtiyyatının səmərəli istifadəsi üçün tətbiq edilən biotexnoloji tədbirlərin işlənib hazırlanması və təkmilləşdirilməsi.

16.   Həşəratların təbii komplekslərinin və onların yaşama şəraitinin saxlanılmasında qoruq, yasaqlıq rejminin və nəzarət altında saxlanılan başqa ərazilərin əhəmiyyəti.

17.   Həşəratların davranış və ünsiyyət sisteçləri və onların idarə edilməsi mexanizmləri.

18.   Həşəratların populyasiyaları, onların tipləri, quruluşu, dinamikası.

19.   Entomoloji tədqiqat metodlarının (ekpermetntal tədqiqatlat, çöl tədqiqatları, say üsulları, kadastr tərtibatı, fizioloji, biokimyəvi, histoloji, embrioloji və s. tədqiqatlar) işlənib hazırlanması və onların təkmilləşdirilməsi.

20.   Faunanın, onun ayri-ayri taksonlarının, növdaxili qrupların, ekoloji qrupların, entomosenozların vəs. entomoloji biliklərin formalaşmasında, yaşaması və suksessiyası mexanizmlərinin açılması, onlara abiotik, biotik və antropogen amillərin təsiri.

21.   Xeyirli həşərataların yırtıcı və zərərvericilərin tənzimlənməsində rolu.