Vivarium

İnstitutun nəzdində fəaliyyət göstərən vivarium 1980-ci ildə yaradılmışdır. Bölmənin əsas elmi fəaliyyəti institutun elmi-tədqiqat işlərini yerinə yetirilməsində şöbə və laboratoriyaları eksperimentlərdə istifadə üçün laboratoriya heyvanları ilə təmin etmək, eksperiment heyvanlarının saxalanılması və onlara qulluq göstərilməsidir. Bölmədə standart şəraitdə laboratoriya heyvanlarından - siçan, siçovul, dovşan və dəniz donuzu saxlanılaraq, çoxaldılır və onlara baytarlıq qaydalarının tələblərinə uyğun olaraq qulluq və nəzarət həyata keçirilir. Vivariumun bazasından onun fəaliyyət göstərdiyi illərdən indiyə qədər institutun helmintologiya, parazit-sahib münasibətlərinin biokimyəvi əsasları, protistologiya, herpetologiya laboratoriyaları eksperimental işlərin yerinə yetirilməsində istidafə edir. Laboratoriyaların əməkdaşları tərəfindən burada in vitro, in situ və in vivo şəraitdə təcrübələr qoyulur.

Vivariumun bazasında aparılan tədqiqat işlərinin yerinə yetirilməsinə şərait yaratmaq və təcrübələrin sanitar qaydalarına uyğun olaraq yerinə yetirilməsinə nəzarət etmək;

Laboratoriya heyvanlarının saxlanılması və çoxaldılması üzrə yerinə yetirilən işlərin həyata keçirilməsini təmin etmək;

Heyvanların saxlanılması üçün lazımı şərait yaratmaq, onlara humanist yanaşmaq;

Heyvanların saxlanılması, çoxaldılması, yemləndirilməsi və müalicəsi üçün təkliflər işləyib hazırlamaq;

Digər təşkilatlar ilə əlaqələr yaradaraq laboratoriya heyvanlarının mübadiləsini təşkil etmək.

laboratoriya müdiri    

 Aslanov Şahin Vidadi oğlu

LABORANTLAR

Əliyeva Dilarə Ümüd qızı

İbişova Anaxanım Əhməd qızı