Ümumi Şöbə

 Ümumi şöbə 23 fevral 2017 –ci il tarixində AMEA Zoologiya İnstitutunun daxili imkanları hesabına elmi şuranın qərarı ilə yaradılmışdır.
 Ümümi şöbənin tərkibinə Arxiv və Anbar daxildir.

• İnstitutda kargüzarlıq, elektron sənəd dövriyyəsi, arxiv işlərinin təşkili və təkmilləşdirilməsi

• Sənəd dövriyyəsinin uçot-nəzarət işinin təşkili

• Sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək

• Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin etmək

• İnstitutun kargüzarlıq işlərini dəqiq və fasiləsiz təşkil etmək

• İnstituta daxil olan sənədlərlə tanış olmaq, təsdiq üçün rəhbərliyə təqdim olunacaq bütün sənədlərin tərtibinin keyfiyyətini yoxlamaq

• İnstitututa daxil olan sənədlərin vaxtlı-vaxtında baxılması üçün rəhbərliyə təqdim edilməsi, sənədlərin müvafiq icraçı struktur bölmələri tərəfindən təhvil götürülməsini təmin etmək, icranın gedişatı və nəticəsi barədə qeydiyyat-nəzarət vərəqəsində müvafiq qeydlərin aparılmasına nəzarət etmək, xaric olan sənədləri aidiyyatı üzrə göndərmək

• Arxiv sənədlərinin yerləşdirilməsi, institutun struktur bölmələrindən sənədlərin qəbul edilməsi, qorunması, dövlət arxivinə təhvil verilməsi üçün hazırlanması və arxiv sənədləri haqqında daxil olan ərizələrə arayışların verilməsi işlərini yerinə yetirmək

             Kadr potensialı

Şöbə müdiri

Məmmədova Səidə Rafael qızı

Anbardar

Novruzova Sevda Arif qızı

               Kompüter operatoru

Ələsgərova Təranə Yusif qızı