Department of International Relations

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 05 iyul 2017-ci ilin 9/7 №-li Qərarı ilə AMEA Zoologiya İnstitutunda Beynəlxalq əlaqələr şöbəsi yaradılmışdır.
Beynəlxalq əlaqələr şöbəsinin əsas funksiyası müvafiq xarici elmi mərkəzlərlə beynəlxalq əlaqələr yaratmaqdır.
Şöbə fəaliyyətini AMEA-nın Rəyasət Heyətinin Beynəlxalq əlaqələr idarəsi ilə əlaqələndirir, əməkdaşlıq edir.
Şöbə institutun beynəlxalq əlaqələr sahəsində işlərinin təşkilini, tənzimlənməsini və təkmilləşdirilməsini təmin edir.
Şöbə institutun beynəlxalq layihələrdə iştirakını təmin edir, xarici alim və mütəxəssislərlə görüşlərini təşkil edir, beynəlxalq qurumlarda institutun fəaliyyətinin təbliğini aparır.
Şöbə birgə seminar, konfrans və treninqlərin keçirilməsini, institutun əməkdaşlarının xarici elmi qurumlarla təcrübə mübadiləsinin təşkil olunmasını təmin edir.
Şöbə institutla xarici ali təhsil müəssisələri, elmi-tədqiqat institutları ilə əməkdaşlıq müqavilələrinin bağlanmasını və sonrakı əməkdaşlığı təmin edir.
Şöbə institut əməkdaşlarının xarici elmi qurumlara ezamiyyətlərini təşkil edir. 
“Beynəlxalq elmi jurnallarda məqalələrin yazılması və “yırtıcı” jurnallarla bağlı beynəlxalq əlaqələr şöbəsi tərəfindən İnstitut əməkdaşları daim maarifləndirilir.

AMEA Zoologiya İnstitutu ilə Rusiya Elmlər Akademiyası Bitki və Heyvanların Ekologiyası İnstitutu arasında Ural dairəsi ilə Azərbaycan ərazilərinin bioloji müxtəlifliyinin, o cümlədən Xəzər hövzəsi çaylarının hidrofaunasının müqayisəli analizinin aparılması məqsədilə birgə əməkdaşlıq müqaviləsi bağlanıb. Müqavilə əsasında beynəlxalq laboratoriyanın yaradılması müzakirə edilib.

AMEA Zoologiya İnstitutu ilə Çelyabinsk Dövlət Universiteti arasında birgə tədqiqatlar haqqında müqavilə imzalanıb. Əsas məqsəd institutun multidisiplinar tədqiqatlarının daha da genişləndirilməsindən ibarətdir. Belə ki, Rusiya ərazisində yerləşən Tunc Dövrünə aid Arkaim qoruq-muzeyi, Qobustan tarixi-bədii qoruğu, AMEA Zoologiya və Arxeologiya İnstitutları arasında birgə tədqiqatların aparılması planlaşdırılır.

AMEA-nın Zoologiya İnstitutu ilə ABŞ-nın EcoHealth Alliance (EHA) təşkilatı arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Protokola əsasən Azərbaycanda yayılmış yarasalarda zoonoz xəstəliklərin tədqiqi ilə bağlı çöl işləri həyata keçirilir.

               

          Baş mütəxəssis-  Əliyeva Aytəkin Telman qızı

                                         Orucəliyeva Günay Qafqaz qızı 

                                         Aynur Ağayeva Allahverdi qızı