Mingəçevir elmi-təcrübə stansiyası

                                                                           

STANSİYA HAQQINDA 

 

Zoologiya İnstitutunun Su heyvanları şöbəsinin tərkibində fəaliyyət göstərən Mingəçevir Elmi-Təcrübə stansiyası Mingəçevir və Varvara su anbarlarının hidrofaunasının tədqiqi məqsədilə 1953-cü ildə yaradılmışdır. Stansiyada ilk tədqiqat işlərinə Mingəçevir su anbarının Samux çökəkliyində balıqlar aləminin öyrənilməsi ilə başlanılmışdır.

İlk dəfə Mingəçevir su anbarında 20 növ balıq qeydə alınmış (Y.Ə.Əbdürəhmanov) və su anbarında balıq ovu proqnozu verilmişdir. . Stansiyada anbarın hidrologiyası, hidrokimyəvi rejimi, balıqparazitləri, zooplanktonu və zoobentosu öyrənilir.

 

STANSİYANIN ƏSAS ELMİ İSTİQAMƏTLƏRİ

 

Stansiyasının əsas tədqiqat istiqaməti Mingəçevir və Varvara su anbarlarında balıq ehtiyatlarını artırmaq məqsədi ilə bioloji məhsuldarlığın öyrənilməsi, eyni zamanda tez böyüyən balıqların çoxaldılması texnologiyasının hazırlanmasıdır. 

 

STANSİYANIN ƏSAS  NAİLİYYƏTLƏRİ

 

Mingəçevir və Varvara su anbarlarının makrobentosu tədqiq edilmiş, bentosda üstünlük təşkil edənorqanizmlərin məhsuldarlığı, bu anbarların zooplanktonu, balıqların dərinliklər üzrə yayılması öyrənilmişdir.

Laboratoriyanın ərazisində, göllərdə ağamur, adi qalın alın və çəki balıq körpələri artırılaraq su anbarlarına buraxılır. İlk dəfə Mingəçevir su anbarında kürüləməsi aşkar olunan adi qalın alın (Hypophtalmichtysmolitrix) balığının 50-100 q-lıq körpələrinin bioloji analizi aparılmış, körpələrin böyüməsi və inkişaf mərhələləri izlənilmiş, çay forelinin Aran rayonlarında böyüməsi texnologiyası hazırlanmışdır.

Hazırda təcrübə göllərində çəki (Cyprinus carpio Linne), ağamur (Ctenopharyngodon), qalın alın (Hypophtalmichtysmolitrix) balıqlarının böyüməsi, inkişaf mərhələləri izlənilir, bioloji xüsusiyyətləri öyrənilir.

Laboratoriyanın əməkdaşları tərəfindən Norveç Humanitar Yardım Müəssisəsinin dəstəyi ilə respublikamızda gölbalıqçılıq təsərrüfatı yaradan fermerlərə köməklik göstərilmişdir

 

 

KADR POTENSIALI:

 Stansiya müdiri

         Hicran İsgəndərova İslam qızı

Elmi işçilər

         Kazım Məmmədov İsrayıl oğlu

Böyük elmi işçilər

         Şəfəq Mənsur qızı Məmmədova

Böyük laborant

         Məmmədova Esmira Vidadi qızı

         Həmidov Novruz Ata oğlu

Laborant

         Mahmudov Qaffar Mahmud oğlu