NEWS
3429 Archive

2017.07.28

Alimlər "sınmış" ürəklər üçün bioloji yapışqan yaradıb

Amerikalı alimlər "sınmış" ürəklər üçün möhkəm bioloji yapışqan yaradıb. Yaş səthlərə asanlıqla yapışan bu biomaaddə nəinki zədələnmiş ürək əzələsini, həm də digər insan orqanizminin toxumalarını birləşdirmə bacarığına malikdir.

Yaradıcıların sözlərinə görə, adi ilbizdən alınan maaddə əsasında hazırlanan yapışqan yaraların müalicəsi və cərrahiyyə əməliyyatlarının aparılmasında istifadə ola bilər. Yapışdırıcı səth və hidrogel təbəqələrindən ibarət olan bu tibbi yapışqan zədələnmiş toxumaların üzərinə adi plastır kimi qoyulur.

Yüksək möhkəmliyə malik bioyapışqan bükülmə və dartılma kimi hərəktlərə davam gətirə bilir.

Elmi araşdırmalar göstərib ki, tibbi müdaxilə zamanı yamaq kimi istifadə olunan yeni yapışqan mənfi reaksiya, qıcıqlanma və digər mənfi nəticələr doğurmur.

http://science.gov.az/news/open/6135