NEWS
3767 Archive

2017.07.17

AMEA Zoologiya İnstitutu əməkdaşlarının Ağsu rayon Təcrübə-Dayaq məntəqəsinə kollektiv ekspedisiyası təşkil olunub

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun mütəxəssisləri və bir qrup gənc alimi Ağsu rayon Təcrübə Dayaq Məntəqəsində ekspedisiyada olub. Ekspedisiyanın məqsədi institutun Ağsu Təcrübə Dayaq Məntəqəsində əkilən kartof və sarımsağın inkişafına mane olan zərərvericilərin tədqiq edilməsi olub. Toplanan zərərvericilər  analiz üçün laboratoriyalara gətirilib.

Qeyd edək ki, institutun əməkdaşları məhsul yığımında (kartof, sarımsaq, qarğıdalı, qarpız) da  iştirak ediblər. Ərazidən toplanacaq kartof və sarımsaqlar institutun əməkdaşlarına paylanacaq. Bu, institutun tarixində ilk belə hadisədir.

Ekspedisiya zamanı Ağsu Təcrübə Dayaq Məntəqəsinin işçilərinə uniformalar da paylanıb.