NEWS
3423 Archive

2017.07.06

AMEA Zoologiya İnstitutunda entomoloji tədqiqatlara riyazi modelləşdirmənin tətbiqi üzrə seminar keçirilib

Tədbirdə qeyd edilib ki, müasir dövrdə bir çox elm sahələrində modelləşmədən istifadəyə maraq artıb. Texnologiyanın inkişafı nəticəsində modelləşdirmə təkcə fiziklərin, riyaziyyatçıların deyil, iqtisadçıların, bioloqların və digər elm sahələri nümayəndlərinin də maraq dairəsinə çevrilmişdir.

Azərbaycanda  entomoloji tədqiqatlarda modelləşdirmədən indiyə qədər istifadə olunmayıb və ya qismən istifadə olunub. Ancaq dünya praktikasında bu sahəyə böyük maraq göstərilir.

Seminarda İnstitutun Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları f.-r.ü.f.d. Əli Məmmədov, e.i.Şeyda Məhərrəmova və komputer mühəndisi Vəfa Xəlilova tərəfindən entomoloji tədqiqata modelləşdirmənin tətbiqi istiqamətində ilk dəfə olaraq aparılan “Yaşıl palıd yarpaqbükəninin (Tortrix viridana L., Tortricidae)  çoxillik  say dinamikası” mövzusunda tədqiqat işinin ilkin nəticələri müzakirə olunmuşdur.

Məruzəçi Ş.Məhərrəmova modelləşdirmə tədqiqat işinin daha dərindən araşdırılması, ətraf mühitin, təbiətin və cəmiyyətin dərk edilməsi üçün mühüm tədqiqat vasitəsidir. Modelləşdirmə üçün entomoloji obyekt kimi seçilmiş meşə-meyvə bitkilərinin ciddi ziyanvericisi olan yaşıl palıd yarpaqbükəni kəpənəyi üzərində apardıqları araşdırmalar haqqında danışan Ş.Məhərrəmova qeyd etmişdir ki, model hazirlayarkən  ilkin olaraq məlumatlar “Tortrix viridana” növünün inkişaf mərhələlərinə aid məlumatların ucotu ilə korrektə edilmış, təbiətdə növün inkişafina təsir edən iqlim amili, qida əlaqələri, parazitoid və yırtıcıların rolu, müxtəlif səbəbdən ölüm halları və s.   ümumiləşdirilərək şərti olaraq “güc” məfhumu adlandırılmışdır. Sonra növün ayrı-ayrı inkişaf mərhələlərində “güc”un təsiri nəticəsində baş verən artma və azalma hallarının qeydıyyatı əsasında model hazırlanmışdır. Modelin təbiətlə adekvatlığı müxtəlif təcrübələrlə yoxlanılmış və təsdiq edilmişdir.

Gələcəkdə bu riyazi  modelin daha da   təkmilləşdirilərək  onun vasitəsilə qida faktoru, iqlim, parazitoidlə yoluxma, sağqalma və ölüm faizlərinin hesablanması, antropogen amillərin təsiri, ziyanverici populyasiyalarının sayı, zərərvurma dərəcəsinin proqnozlaşdırılması və s. istiqamətlərdə tədqiqatların aparılması planlaşdırılır.