NEWS
3789 Archive

2017.07.05

Parazitologiya laboratoriyasının əməkdaşları Abşeron rayonu ərazisində ekspedisiyada olublar

Parazitologiya laboratoriyasının əməkdaşları b.ü.e.d. Əli Nəsirov, b.ü.f.d., b.e.i. Könül Bünyatova, b.ü.f.d.,dosent Şükür Quliyev, e.i. Nihal İbrahimova, b.ü.f.d və e.i. Fuad Rzayev “Abşeron və Xəzərin Şimal-Şərq sahillərində qansoran ağcaqanadların mikrosporidilərinin öyrənilməsi və bioloji mübarizədə onlardan istifadə edilməsi” işi üzrə Abşeron rayonu ərazisində ekspedisiyada olublar. Tədqiqat Zabrat- Maştağa, Kürdaxanı - Bilgəh, Pirşağı - Fatmayi, Zabrat – Kürdəxanı kəndləri ərazisində yerləşən daimi su hövzələrində yerinə yetirilib. Həmin ərazilər tam tədqiq edilib və ağcaqanad sürfələri 20 - 25 sm dərinlikdən xüsusi alətlə tutularaq ayrı-ayrı qablara yerləşdirilib. Ekspedisiya zamanı toplanan bütün materiallar laboratoriyaya gətirilib. Tədqiqatlar laboratoriyada davam etdirilir.